• Yeni il şamları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 640

Tarix : 18-01-2017, 16:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 dilim çovdar çörəyi
150 q çuğundur
1/4 limon
6 x.q. zeytunlu mayonez
duz və şəkər (zövqə görə)
1 çimdik üyüdülmüş keşniş toxumu
1 azduzlu siyənək
1.5 ç.q. jelatin
70 ml su (jelatini əritmək üçün)

Hazırlanması:
Çuğunduru qaynadıb, təmizləyin, doğrayın.

Jelatini soyuq suda isladın.

Çuğunduru blenderdə mayonez, azca duz, üyüdülmüş keşniş toxumu qatmaqla püre halına gələnə qədər xırdalayın.

Limon şirəsi qatıb dadına baxın. Çox turşməzədirsə, şəkər tozu əlavə edin.

Jelatini qızdırın (qaynatmaq olmaz!), çuğundur püresinə əlavə edib yenə blenderlə qarışdırın.

Püre bir qədər özünü tutmalıdır ki, salatda dağılmasın.

Çörək dilimlərindən dairələr kəsin. Əgər silindrik formalarınız varsa, bu dairələri onların ölçüsündə edin. Yoxdursa, adi kağızdan silindr düzəldib, forma kimi istifadə edin.

Çörəyin üzərinə siyənək parçalarını yerləşdirin.

Formaları çörəklərin üzərinə yerləşdirib çuğundur püresi ilə doldurun.

Soyuducuda 1 saat saxlayın.

Süfrəyə verməzdən öncə formaları çıxarın.

Üst hissəsinə nazik qat bitki yağı çəkə bilərsiniz. Üzərini limon (pendir) dilimi və göyərti ilə bəzəyin.

Yeni il şamları resepti - FOTO RESEPT

Yeni il şamları resepti - FOTO RESEPT

Yeni il şamları resepti - FOTO RESEPT

Yeni il şamları resepti - FOTO RESEPT

Yeni il şamları resepti - FOTO RESEPT

Yeni il şamları resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çuğundur, Çuğunduru, toxumu, keşniş, Jelatini, əlavə, qədər, üzərinə, üyüdülmüş, siyənək, mayonez, limon, şəkər, istifadə, formalarınız, Çörəyin, silindrik, kəsin, yerləşdirin, parçalarını
BİZİ İZLƏYİN