• Qızılbalıq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 061

Tarix : 22-01-2017, 12:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
500 qr. Qızılbalıq
800 qr. göbələk
3 soğan
5 yumurta
Qarğıdalı (zeytun) - bəzədilməsi üçün
cips - bəzədilməsi üçün
mayonez

Hazırlanması:
Qızılbalığı üzü çəhrayı rəng alana qədər qızartmaq lazımdır. Buna cəmi 5-7 dəqiqəniz gedəcək.
Göbələklər də təmiz yuyulub qızardılır.
Yumurtalar qaynadılır.
Soğan da halqa şəklində doğranıb zeytun yağında qızardılır
İndi isə salatımızın dizaynına başlayaq:
1-ci qat-balıq
2-ci qat-soğan
3-cü qat-mayanez
4-cü qat-yumurtanın ağı(doğranmış)
yenə mayanez
yumurtanın sarısı
yenə mayanez
Üstünü isə qarğıdalı,zeytun və çipsi ilə bəzəmək olar.
Bu qədər sadə,asan və dadlı.

Nuş olsun!
Etiketlər: zeytun, mayanez, bəzədilməsi, qədər, yumurtanın, qızardılır, soğan, başlayaq, balıq, dizaynına, yağında, şəklində, doğranıb, salatımızın, göbələk, çipsi, bəzəmək, dadlı, qarğıdalı, Üstünü
BİZİ İZLƏYİN