• Mazurka salatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 782

Tarix : 7-11-2016, 22:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
konservləşdirilmiş qırmızı lobya - 1 banka
konservləşdirimiş qarğıdalı - 1 banka
bolqar bibəri - 2 ədəd
duzlu xiyar - 2 ədəd
qoz ləpəsi - 100 q
sarımsaq - 2-3 diş
cəfəri və keşniş
zeytun yağı və ya bitki yağı

Hazırlanması:
- duzlu xiyarı kub şəklində doğrayırıq
- bolqar bibərini də kub şəklində doğrayırıq
- qoz ləpəsini xırda-xırda doğrayırıq. Göyərtini yuyub, qurudub,doğrayırıq
- konservləşdirilmiş qırmızı lobya və qarğıdalının suyunu süzürük
- Sarımsağı əzirik. Salat qabına qırmızı lobya,qarğıdalı, qoz, göyərti, bolqar bibərini yığırıq.
- Yaxşıca qarışdırırıq və üzərinə duru yağ tökürük.

Nuş olsun!
Etiketlər: doğrayırıq, bolqar, qırmızı, lobya, şəklində, konservləşdirilmiş, duzlu, xırda, bibərini, qarğıdalı, banka, suyunu, əzirik, Sarımsağı, Salat, süzürük, qabına, üzərinə, tökürük, qarışdırırıq
BİZİ İZLƏYİN