Tərkibi:100 qr kartof
1 ədəd xiyar
1 ədəd yumurta
25 qr toyuq əti
50 qr pomidor
1 dəstə göyərti
2 stəkan mayonez
1 ç/q duz
1 ç/q istiot
Hazırlanması:Tərəvəzlərin hamısını yuyuruq
Əti, kartofu və yumurtanı qaynadırıq. Qaynadılan ərzaqlarla birlikdə pomidoru, xiyarı xırda şəkildə doğrayırıq.
Doğradığımız ərzaqları qarışdırır və üzərinə zövqə uyğun olaraq göyərti əlavə edirik.
Qarışığın üzərinə mayonez əlavə edirik.
Süfrəyə təqdim edərkən boşqaba kahını düzür, üzərinə hazır olan salatımızı əlavə edirik. Bəzək üçün bir az böyük ölçüdə doğranmış pomidor da qoya bilərik.
Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, edirik, mayonez, göyərti, pomidor, Qarışığın, Süfrəyə, təqdim, qarışdırır, zövqə, edərkən, olaraq, uyğun, kahını, böyük, ölçüdə, doğranmış, bilərik, Bəzək