Tərkibi:2 ədəd pomidor
1 ədəd bibər
10 ədəd zeytun
2 ədəd xiyar
300 qr pendir
1 ç.q oriqano
5 m.l zeytun yağı
1 baş soğan
Hazırlanması:Əvvəlcə, xiyarı soyur və şəkildəki formada doğrayırıq. Daha sonra pomidorları doğrayır və qarışdırırıq, üzərinə biraz zeytun yağı əlavə edirik. Çalışmaq lazımdır ki, salatı əlinizlə qarışdırasınız.
Yaşıl bibər və soğanları doğrayır, ilk addımdakı tərəvəzlərlə qarışdırır və zeytun yağı tökürük.
Zeytunların çəyirdəklərini çıxardıb salata əlavə edirik. İndi isə növbədə Feta pendirini doğramaqdır. Pendiri böyük ölçüdə doğramağa çalışın, çünki yunan salatını digərlərindən fərqləndirən ərzaqların böyük ölçüdə doğranılmasıdır. Doğradığımız tərəvəzləri qarışdırırr, üzərinə zeytun yağı əlavə edir və pendiri qoyuruq. Sonda isə salata özünəməxsus dad verən origano ədviyyatını tökməyi unutmayın. Beləcə, yunan salatımız hazırdır.
Nuş olsun!
Etiketlər: zeytun, əlavə, edirik, yunan, böyük, salata, doğrayır, ölçüdə, üzərinə, bibər, Beləcə, çünki, salatını, digərlərindən, fərqləndirən, çalışın, doğramağa, doğramaqdır, Pendiri, hazırdır