• Göbələklə Olivye salatı resepti

Reseptin məlumatları Baxış sayı: 12 820

Tarix : 21-11-2016, 16:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
300 q toyuq filesi
300 q şampinyon
2 yerkökü
3 soğan
250 q bərk pendir
5 yumurta
150 q mayonez
3 x.q. bitki yağı
3 marinə edilmiş xiyar

Hazırlanması:
Toyuq filesini suda bişirib soyudun.

Yerkökünü sürtgəcin iri gözündən keçirin. Soğanı xırda doğrayın. Soğanı və yerkökünü ayrılıqda bitki yağında qızardın. Dərin qaba yığın.

Göbələyi nazik doğrayıb tavada suyu çəkilincə bişirin, qızardın, yerköküyə qatın.

Toyuq əti, xiyar və bişmiş yumurtanı kubik doğrayın. Pendiri sürtgəcdən keçirin. Hamısını qarışdırıb duz, mayonez vurun. Soyuducuda bir neçə saat saxlayın.

Nuş olsun!
Etiketlər: Soğanı, keçirin, xiyar, Toyuq, bitki, mayonez, qızardın, doğrayın, bişirin, çəkilincə, Göbələyi, nazik, yerköküyə, doğrayıb, tavada, yumurtanı, qarışdırıb, vurun, Soyuducuda, saxlayın
BİZİ İZLƏYİN