• Göbələk salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 962

Tarix : 28-11-2016, 21:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd buruq kahı
200 qram göbələk
1 yemək qaşığı zeytunyağı
4 ədəd körpə qarğıdalı
1 ədəd pomidor
1 ədəd qırmızı soğan

Sous üçün:
2 yemək qaşığı zeytunyağı
1 çay qaşığı xardal
1 çay qaşığı üzüm sirkəsi
1/2 çay qaşığı duz

Servis üçün:
2 dilim qızarmış çörək
1 yemək qaşığı zeytunyağı
1 çay qaşığı kəklik

Qeyd: Göbələkləri sulanmaması üçün ; geniş əsaslı böyük bir tavada tək səfərdə yüksək odda qızardın.

Hazırlanması:
Zeytunyağını geniş bir tavada qızdırın . Göbələkləri yaxşıca yuyub, təmizlədikdən sonra zeytunyağında bütün ya da dilimlənmiş olaraq qızardın.
Çörək dilimlərinin üzərinə zeytun yağı sürtüb, kəklik səpdikdən sonra əvvəlcədən isidilmiş 200 dərəcə sobada 2 dəqiqə qədər saxlayın
Buruq kahı yarpaqlarını, yuyub quruladıqdan sonra xırda-xırda doğrayın . Ardından servis qabının döşəməsinə yerləşdirin.
Üzərinə qızarmış göbələkləri , qarğıdalı dənələrini və halqa halqa doğradığınız qırmızı soğanı əlavə edin.
Pomidoru səkkiz bərabər parçaya böldükdən sonra servis qabının kənar qisimlərinə yerləşdirin .
Üzüm sirkəsi , xardal , zeytun yağı və duzu kiçik bir qabda çırpdıqdan sonra salatın üzərinə gəzdirin .
Qızarmış çörək dilimləri ilə birlikdə xidmət edin. Sevdiklərinizlə paylaşın.

Nuş olsun!
Etiketlər: qaşığı, sonra, zeytunyağı, yemək, tavada, geniş, zeytun, kəklik, Göbələkləri, halqa, yuyub, qızarmış, qızardın, üzərinə, çörək, yerləşdirin, servis, qarğıdalı, xırda, qabının
BİZİ İZLƏYİN