• Bulqur salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 195

Tarix : 3-12-2016, 16:00

Bölmə : Salatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
4-5 x.q. incə bulqur
2 ədəd pomidor
1 dəstə cəfəri
1 dəstə nanə
½ dəstə göy soğan
1 diş sarımsaq
1 ədəd limon
2 x.q. zeytun yağı
2 x.q. narşərab
1 ç.q. duz

Hazırlanması:
Bulqur isti suda saxlanır. Suyu çəkilib şişdikdən sonra üzərinə xırda doğranmış pomidor, cəfəri, nanə, sarımsaq və soğan əlavə edilir. Ərzaqların üzərinə limon sıxılır, zeytun yağı, narşərab və duz qatılıb qarışdırılır.

Nuş olsun!
Etiketlər: dəstə, limon, narşərab, sarımsaq, üzərinə, zeytun, soğan, pomidor, cəfəri, edilir, əlavə, Ərzaqların, qatılıb, doğranmış, qarışdırılır, sıxılır, çəkilib, saxlanır, Bulqur, bulqur
BİZİ İZLƏYİN