Tərkibi:10 qr “Aysberq” kələmi
½ hissə avokado
1 ədəd pomidor
¼ hissə portağal
20 ml balzamik sirkə
5 qr rukola
1 ədəd xiyar
2 yarpaq kahı
¼ dəstə reyhan
20 ml zeytun yağı
Duz, istiot
Hazırlanması:Avokadonun qabığı soyulub kubvarı doğranır. Pomidor 4 hissəyə bölünür. Kahı, reyhan və “Aysberq” kələmi əllə parçalanır. Portağal dilimlənir. Ərzaqlar qaba yığılır, üzərinə balzamik sirkə, zeytun yağı, duz və istiot əlavə olunub qarışdırılır. Xiyar uzununa dilimlənib boşqaba halqa şəklində düzülür. Salat xiyarın içərisinə yerləşdirilir, rukola ilə bəzədilib servis edilir.
Nuş olsun!
Etiketlər: rukola, sirkə, reyhan, istiot, balzamik, zeytun, hissə, kələmi, uzununa, dilimlənib, boşqaba, Xiyar, əlavə, olunub, qarışdırılır, halqa, düzülür, içərisinə, yerləşdirilir