• Portağal souslu toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 420

Tarix : 5-12-2016, 21:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
70-80 qr göyərti qarışığı (kahı, rukola, aysberq kələmi)
80 qr toyuq filesi
2 ədəd pomidor
¼ rəngli bibər (yaşıl, qırmızı, sarı)
2 ədəd qırmızı turp
½ ədəd portağal
20-30 ml portağal şirəsi
20-30 qr “Parmezan” pendiri
2 damcı soya sousu
40 ml zeytun yağı
40 ml çili sousu
Duz, istiot

Hazırlanması:
Toyuq filesi halqavarı doğranır. Üzərinə duz, istiot səpilib yağda qızardılır. Bibər və turp samanvarı doğranır, pomidor dörd hissəyə bölünür, portağal dilimlənir. Göyərti əllə parçalanıb boşqaba yığılır.
Üzərinə doğranmış bibər, turp, pomidor, portağal şirəsi, zeytun yağı və hər iki sous əlavə olunur. Salata duz, istiot səpilib qarışdırılır. Üstünə pendir səpilir, kənarlarına portağal dilimləri və toyuq filesi düzülüb servis edilir.

Nuş olsun!
Etiketlər: portağal, istiot, filesi, pomidor, şirəsi, zeytun, Üzərinə, doğranır, qırmızı, sousu, səpilib, toyuq, bibər, doğranmış, əlavə, Salata, olunur, yığılır, Göyərti, parçalanıb
BİZİ İZLƏYİN