• Tuna salatı resepti

Reseptin məlumatları Baxış sayı: 34 955

Tarix : 6-12-2016, 22:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
100 qr tuna balığı (konservlışdirilmiş)
2 ədəd kartof
2 ədəd yumurta
2 ədəd çerri pomidoru
½ dəstə göy soğan
½ cəfəri
2 x.q. mayonez
Duz, istiot

Üstü üçün:
Qarışıq göyərti
1 ədəd pomidor
50 qr qarğıdalı dənələri
3- 4 ədəd qara zeytun (tumsuz)

Hazırlanması:
Kartof və yumurta suda bişirilib xırda doğranır. Üzərinə əllə didilmiş balıq, xlrda doğranmış pomidor, göyərti əlavə edilir. Qarışığa duz, istiot səpilir, mayonez əlavə edilir. Salat qarışdırılıb boşqaba yerləşdirilir. Üzərinə qarğıdalı dənələri yığılır, kənarlarına xırda doğranmış qarışıq göyərti səpilir. Hazır salat zeytun və pomidorla bəzədilib servis edilir.

Nuş olsun!
Etiketlər: göyərti, edilir, dənələri, əlavə, qarğıdalı, zeytun, Üzərinə, doğranmış, səpilir, xırda, pomidor, yumurta, mayonez, istiot, pomidorla, Salat, bəzədilib, servis, salat, Qarışığa
BİZİ İZLƏYİN