• Ananaslı krab salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 571

Tarix : 16-08-2014, 08:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q krab çöpləri
200-250 q bərk pendir
3 yumurta
200 q ananas konservi
mayonez və ya xama
duz
istiot

Hazırlanması:
Yumurtaları bişirib soyudun, sürtgəcdən keçirib mayonezlə qarışdırın.

Krab çöplərini başqa bir qaba sürtgəcdən keçirin, mayonezlə qarışdırın.

Pendiri başqa bir qaba sürtgəcdən keçirib mayonezlə qarışdırın.

Lay-lay salat qabına düzün: krab çöpləri + yumurta + pendir.

Salatı bir neçə saat soyuducuda saxlayın.

Ananası xırda doğrayın. Salatı süfrəyə verərkən üzərinə ananası düzün. Zeytun və göyərti ilə də bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qarışdırın, mayonezlə, sürtgəcdən, çöpləri, pendir, başqa, düzün, Salatı, yumurta, keçirib, xırda, doğrayın, Ananası, bilərsiniz, olsun, süfrəyə, bəzəyə, ananası, saxlayın, Zeytun
BİZİ İZLƏYİN