• Qraf salatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 705

Tarix : 7-01-2017, 14:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 çuğundur
3 kartof
50 q albuxarı
4 yumurta
50 q qoz
150 q mayonez
duz

Hazırlanması:
Çuğundur, kartof və yumurtanı suda bişirib soyudun.

Yumurtanın ağıyla sarısını ayırın.

Albuxarının üzərinə qaynar su töküb yumşalınca saxlayın, sonra xırda doğrayın.

Salatı arasına mayonez çəkməklə lay-lay düzün: kubik doğranmış çuğundur + kubik doğranmış kartof + xırdalanmış yumurta sarıları + albuxarı + yumurtanın ağı. Salatın üzərini qozla bəzəyib soyuducuda 2 saat saxlayın.

Nuş olsun!
Etiketlər: kartof, kubik, saxlayın, çuğundur, doğranmış, mayonez, albuxarı, yumurta, düzün, Salatı, arasına, çəkməklə, yumurtanın, qozla, bəzəyib, soyuducuda, üzərini, Salatın, sarıları, doğrayın
BİZİ İZLƏYİN