• Kirpi salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 281

Tarix : 10-01-2017, 14:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
600 q toyuq filesi
300 q göy noxud
5 yumurta
150 q bərk pendir
150 q qara zeytun
2 diş sarımsaq
150 q mayonez
5 ədəd kahı yarpağı

Hazırlanması:
Toyuq ətini bişirib soyudun, doğrayın.

Yumurtaları bişirin, ağını sarısından ayırın. Toyuq ətini yumurta sarıları, əzilmiş 1 diş sarımsaq, göy noxud və mayonezin yarısı ilə qarışdırın.

Kahı yarpaqlarını yuyub suyunun çəkilməsi üçün aşsüzənə yığın. Sonra salat qabına qoyun. Üzərinə isə salatı kirpi formasında yerləşdirin.

Yumurta ağlarını və pendiri sürtgəcin iri gözündən keçirin. Bir diş əzilmiş sarımsaq və mayonez qatıb qarışdırın. Bunu salatın üzərinə çəkin. Sonra hər zeytun giləsini 8 yerə bölün ("kirpinin tikanı"), şəkildə gördüyünüz qaydada salatın üzərinə düzün. "Kirpi"nin "göz"ü ilə "burnu"nu da zeytundan kəsin.

Nuş olsun!
Etiketlər: sarımsaq, ətini, əzilmiş, qarışdırın, üzərinə, salatın, Toyuq, Sonra, noxud, yumurta, zeytun, mayonez, qatıb, keçirin, filesi, çəkin, gözündən, pendiri, formasında, yerləşdirin
BİZİ İZLƏYİN