• Cənnət quşu salatının resepti

Reseptin məlumatları Baxış sayı: 16 141

Tarix : 13-08-2014, 07:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 toyuq döşü
1 soğan
ədviyyat
300 q ananas konservi
200 q parmezan pendiri
100 q keşyu
göy soğan

Hazırlanması:
Toyuq ətini 1 diri baş soğan, duz, ədviyyat (istiot, qara dənəvər istiot, dəfnə yarpağı və digər xoşunuza gələn ədva) ilə birlikdə qaynadın. Soyudub xırda doğrayın.

Salatı aralarına mayonez çəkməklə lay-lay düzün:

toyuq + xırda doğranmış ananas + bir az xırdalanmış keşyu + sürtgəcdən keçirilmiş pendir + xırda doğranmış göy soğan.

Üzərini zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: soğan, xırda, doğranmış, keşyu, istiot, ananas, toyuq, ədviyyat, düzün, xırdalanmış, aralarına, sürtgəcdən, mayonez, çəkməklə, Üzərini, bilərsiniz, olsun, bəzəyə, zövqünüzə, pendir
BİZİ İZLƏYİN