• Asiyasayağı toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 616

Tarix : 5-03-2017, 16:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Salat üçün:
1 böyük təmizlənmiş kök
3 stəkan doğranılmış kələm
2 xorək qaşığı doğranılmış nanə
300 qram nazik doğranılmış toyuğun ağ əti
1/2 stəkan doğranılmış qızardılmış badam
1 xorək qaşığı qızardılmış küncüd toxumu
3 stəkan doğranılmış kahı
1 ədəd təmizlənmiş nazik doğranılmış qırmızı şirin bibər

Sous üçün:
1/4 stəkan duru yağ
2 xorək qaşığı soya sousu
2 xorək qaşığı düyü sirkəsi
1/2 çay qaşığı şəkər tozu
1 çimdik duz
1 çimdik istiot

Hazırlanması:
Salat üçün: Kökü təmizləyərək, böyük salat qabına yerləşdirin. Üzərinə kələmi, kahını, bibəri, nanəni, toyuq ətini, badamı və küncüd toxumunu əlavə edərək, yaxşıca qarışdırın.

Sous üçün: Balaca qabda yağı, soya sousunu, sirkəni və şəkər tozunu çalın. əlavə dad üçün, duz və istiotdan istifadə edin.

Sousu salatın üstünə əlavə edərək qarışdırın. Ərzaqların dadının qarışması üçün 10 dəqiqə saxlayın. Daha sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: doğranılmış, qaşığı, stəkan, xorək, əlavə, küncüd, Salat, şəkər, qızardılmış, çimdik, qarışdırın, təmizlənmiş, böyük, edərək, nazik, yaxşıca, tozunu, çalın, Balaca, sirkəni
BİZİ İZLƏYİN