• Waldorf resepti

Reseptin məlumatları Baxış sayı: 13 590

Tarix : 25-03-2017, 21:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
1 kahı
1 yaşıl alma
1 çay stəkanı qara quru üzüm
1 çay stəkanı qoz içi
3 kərəviz sapı
2 yemək qaşığı mayonez
1 çay qaşığı Dijon xardal
Yarım limonun suyu
duz

Hazırlanması:
Almanı yuyub yarım ay şəklində incə dilimləyin. Qaralmaması üçün üzərinə limon suyu sürtün. Kahını yuyub suyunu süzdükdən sonra iki barmaq qalınlığında doğrayın və geniş bir kasaya alın. Kərəviz saplarını 1 sm qalınlığında doğrayıp kahı ilə qarışdırın. Mayonez, xardal, üzüm, alma dilimləri, qoz, duz və limon suyunu əlavə edib qarışdırın. Hazırladığınız salatı xidmət qabına qoyub gözlətmədən xidmət edin.

Yadda saxlayın
Salatanızda alma yerinə incə dilimlənmiş nektarinlər istifadə edə bilərsiniz.
Waldorf salatı artıq hazırdır.

Nuş olsun!
Etiketlər: salatı, qalınlığında, yuyub, xidmət, suyunu, limon, xardal, qarışdırın, stəkanı, qaşığı, qabına, qoyub, Mayonez, dilimləri, Hazırladığınız, əlavə, saxlayın, bilərsiniz, istifadə, Waldorf
BİZİ İZLƏYİN