• Zümrüd bilərzik salatı resepti

Reseptin məlumatları Baxış sayı: 24 051

Tarix : 16-08-2014, 03:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yerkökü
700 q toyuq döşü
1 baş soğan
1 dəfnə yarpağı
dənəvər istiot
mayonez
4 yumurta
3 kivi
4 kartof
200 q hisə verilmiş pendir (hörük)
duz

Hazırlanması:
Toyuğun döş ətini dəfnə yarpağı, bir baş soğan və qara dənəvər istiotla 45 dəqiqə - 1 saat qaynadın. Sümüyünü təmizləyin, sonra didin.

Yumurtaları bərk bişirib qabığını təmizləyin.

Kartof və yerkökünü qabıqlı bişirin, soyudub təmizləyin.

Pendirin hörüyünü çözün, sonra xırda doğrayın. Əgər hisə verilmiş pendir sevmirsinizsə, o zaman onu holland pendiri ilə əvəzləyə bilərsiniz (ancaq bu zaman sürtgəcdən keçirin).

Bütün ərzaqları iki yerə bölün.

Salat qabının ortasına stəkan və ya banka qoyun. Toyuq ətinin yarısını bu bankanın ətrafına döşəyin. Azca duz vurun. Kartofun yarısını sürtgəcdən keçirib toyuq ətinin üstünə döşəyin. Azca duz səpib yerkökünün yarısını sürtgəcdən keçirin.

Yerkökünün üstündən sürtgəcdən keçirilmiş yumurta döşəyin. Sonra pendirin yarısını döşəyin. Mayonezdən şəbəkə (tor) çəkin.

Qalan ərzaqları da bu qayda ilə düzün: toyuq əti+pendir+yumurta+yerkökü+kartof. Üzərinə mayonez çəkin. Ortadakı bankanı səliqə ilə çıxarın. Üzərini kivi dilimləri ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: döşəyin, sürtgəcdən, yarısını, toyuq, təmizləyin, yumurta, pendir, soğan, ərzaqları, keçirin, yarpağı, sonra, dəfnə, yerkökü, ətinin, dənəvər, mayonez, kartof, verilmiş, çəkin
BİZİ İZLƏYİN