• Şuxi salatı resepti

Reseptin məlumatları Baxış sayı: 11 669

Tarix : 28-03-2017, 16:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q çuğundur
200 q qurudulmuş göbələk
2 baş soğan
2 x.q. bitki yağı
1 x.q. zeytun yağı
2 x.q. limon şirəsi
duz
qara istiot
3 diş sarımsaq

Hazırlanması:
Çuğunduru soyun, yuyub qurulayın. Folqanın üzərinə qoyub 1 x.q. bitki yağı çəkin. Folqaya büküb 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin.

Göbələyi suda isladın, sonra isə 15 dəqiqə bişirin.

Soğanı xırda doğrayıb qalan bitki yağında qovurun.

Soyumuş çuğundurla göbələyi saman kimi doğrayıb qarışdırın. Qovrulmuş soğanı, əzilmiş sarımsağı, zeytun yağı, limon şirəsi, duz-istiot qatıb qarışdırın.

2 saat saxladıqdan sonra süfərəyə verin.

Nuş olsun!
Etiketlər: bitki, istiot, sonra, doğrayıb, qarışdırın, şirəsi, bişirin, limon, zeytun, çuğundurla, Soyumuş, göbələyi, qovurun, qalan, xırda, göbələk, saman, yağında, qurudulmuş, saxladıqdan
BİZİ İZLƏYİN