• Yeni il çələngi salatı resepti

Reseptin məlumatları Baxış sayı: 5 437

Tarix : 28-04-2017, 16:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6

Şef / Mənbə : Nuranə


Tərkibi:
3 ədəd kartof,
3 ədəd yerkökü,
3 ədəd yumurta,
1 ədəd çuğundur,
150-200 qr toyuq filesi,
1 ədəd nar,
mayonez,
şüyüd,
duz,istiot

Hazırlanması:
Əvvəlcə tərəvəzləri, yumurtanı və toyuq filesini(duzlayıb) bişməsi üçün ayrı-ayrı qablarda suda qaynadırıq. Ərzaqlar bişdikdən sonra bir müddət soyumasını gözləyirik. Daha sonra kartof,yerkökü,yumurta və çuğunduru sürtgəcdən keçirdirik. Toyuq filesini isə əlimizlə didərək kiçik hissələrə ayırırıq.

Çələng forması vermək üçün salatı hazırlayacağımız qabın tam mərkəzinə su stəkanını tərsinə çevirərək yerləşdiririk. Aralarına mayonez çəkərək(duz,istiot da zövqə görə səpilir) ən alt qatdan sürtgəcdən keçirdiyimiz kartofu, üzərinə yerkökünü, növbəti qata yumurtanı, onun üzərində isə toyuq filesini tökürük. Son olaraq çuğunduru əlavə edib, üzərini şüyüd və nar dənələri ilə bəzəyirik.

Beləliklə, yeni il süfrənizə gözəllik qatacaq çələng salatımız hazırdır.

Nuş olsun!
Etiketlər: toyuq, filesini, istiot, sonra, çuğunduru, yumurtanı, şüyüd, mayonez, kartof, sürtgəcdən, yumurta, yerkökü, kartofu, üzərinə, yerkökünü, növbəti, keçirdiyimiz, çəkərək, çevirərək, tərsinə
BİZİ İZLƏYİN