• Steyk salatı resepti

Reseptin məlumatları Baxış sayı: 4 637

Tarix : 14-05-2017, 20:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Can əti – 250 qram
Kahı – 1 dəstə
Pomidor – 2 ədəd
Xiyar – 1 ədəd
Bolqar bibəri – 1 ədəd
Kök – 1 ədəd
Parmezan pendiri – 100 qram
Bitki yağı – 2 xörək qaşığı
Duz, istiot

Hazırlanması:
Can əti uzunsov doğranır, strecin arasında azacıq döyülüb 1 x.q. bitki yağında qızardılır. Pomidorun qabığı soyulur. Pomidor, xiyar, bibər, bişmiş kök samanvari, kahı isə incə doğranılır (Kahıya bıçaq vurmaq olmaz. Çünki su salır). Ərzaqlara 1 x.q. bitki yağı əlavə edilir, duz, istiot səpilib qarışdırılır və salat kasasına əlavə edilir. Salatın üzərinə qızardılmış ət qoyulur və parmesan pendiri səpilir.

Nuş olsun!
Etiketlər: istiot, bitki, əlavə, edilir, pendiri, Pomidor, doğranılır, Ərzaqlara, Kahıya, salır, bıçaq, olmaz, Çünki, vurmaq, qarışdırılır, qızardılmış, qoyulur, parmesan, səpilir, üzərinə
BİZİ İZLƏYİN