• Mozzarella salatı resepti

Reseptin məlumatları Baxış sayı: 3 671

Tarix : 15-05-2017, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 ədəd pomidor
3 ədəd mozarella topu
1 ədəd kiçik soğan
2 diş sarımsaq
Zeytun yağı
1-2 yarpaq reyhan

Hazırlanması:
1. Pomidorları yuyun və yumru şəkildə dilimləyin.

2. Mozarella toplarını bərabər ölçüdə incə-incə dilimləyin.

3. Bir boşqabda sıra ilə pomidor və mozarella dilimlərini düzün.

4. Soğan və sarımsağı soyun, xırda-xırda doğrayın, pomidor və mozarellanın üzərinə səpin.

5. Axırda salatın üzərinə zeytun yağı gəzdirin və reyhan yarpağı ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: pomidor, xırda, reyhan, dilimləyin, üzərinə, mozarella, doğrayın, soyun, Soğan, sarımsağı, mozarellanın, səpin, yarpağı, bəzəyin, gəzdirin, zeytun, Axırda, salatın, düzün, ölçüdə
BİZİ İZLƏYİN