• Viola salatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 009

Tarix : 17-08-2014, 15:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q bişmiş mal əti
100 q qoz
300 q şampinyon
1 baş soğan
3 bişmiş yumurta
150 q bərk pendir
200 q koreya üsulu yerkökü
200 q mayonez
qızartmaq üçün bitki yağı

Bəzək:
10-15 zeytun (yaxud qara zeytun)
göyərti
pendir dilimləri

Hazırlanması:
Mal ətini saman kimi doğrayın. Qozu əzin. Yumurtanı təmizləyib sürtgəcin iri gözündən keçirin.

Şampinyonları yuyub nazik doğrayın. Soğanı təmizləyib xırdalayın, göbələklə birlikdə bitki yağında qovurun.

Salat qabına arasına mayonez çəkməklə lay-lay düzün: ət + qoz + şampinyon + yumurta. Üst qatın mayonezini çox edin. Üzərinə koreya üsulu yerkökü döşəyin.

Salatın üzərini pendirdən bükülmüş "çiçəklər", göyərti və zeytunla bəzəyin.

Nuş olsun!
Etiketlər: mayonez, yerkökü, bitki, zeytun, təmizləyib, doğrayın, üsulu, göyərti, koreya, bişmiş, yumurta, şampinyon, pendir, düzün, qatın, mayonezini, çəkməklə, arasına, qovurun, Salat
BİZİ İZLƏYİN