• Makaron salatı resepti

Reseptin məlumatları Baxış sayı: 4 278

Tarix : 21-05-2017, 16:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Makaron – 1 boşqab
Xiyar – 2 ədəd
Göyərti – soğan, nanə, keşniş, şüyüd (yarım dəstə)
Duz
İstiot
Zeytun yağı – 1 x.q.
Su – 3 st.
Qatıq – 500 qr.

Hazırlanması:
Əvvəlcə suyu qaynadın. Sonra makaronları əlavə edin. Duz və yağı da tökün ki, makaronlar bişərkən yapışmasın. Bişdikdən sonra suyunu süzün və üzərinə 2 dəqiqə soyuq su gəzdirin. Qoyun soyusun. Xiyarları yuyub qabıqlarını soyun və kub şəklində doğrayın. Salat qabına əlavə edin. Göyərtiləri də doğrayıb xiyarların üzərinə əlavə edin. Soyumuş makaronları da qatdıqdan sonra duz, istiot səpin, qatığı əlavə edin yaxşıca qarışdırın.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, makaronları, üzərinə, soyun, şəklində, qabıqlarını, Xiyarları, gəzdirin, Qoyun, soyusun, doğrayın, yuyub, Salat, səpin, istiot, qatığı, yaxşıca, qarışdırın, qatdıqdan
BİZİ İZLƏYİN