• Kələm salatı resepti

Reseptin məlumatları Baxış sayı: 5 740

Tarix : 22-05-2017, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xırda yarpaqlı kələm – 300 qr.
Kök – 2 ədəd
Baş soğan – 1 ədəd
Üzüm sirkəsi – 2 x.q.
Mayonez – 3 x.q.
Süzmə qatıq – 2 x.q.
Şəkər – 1 x.q.
Duz – 1 ç.q.
İstiot – yarım çay qaşığı
Xardal – 1 ç.q.

Hazırlanması:
Kələmi xırda doğrayın. Köklərin qabığını soyub sürtgəcdən keçirin. Soğanı qaynar suda 2 dəqiqə qaynadıb süzgəclə çıxardın. Sonra da xırda doğrayın. Bütün tərəvəzləri salat qabıdan qarışdırın. Ayrı bir qabda isə sirkəni, mayonezi, qatığı, şəkəri, xardalı, duzu və istiotu qarışdırın sosus alınsın. Sonra sousu tərəvəzlərin üzərinə gəzdirib, qarışdırıb servis edin.

Nuş olsun!
Etiketlər: doğrayın, qarışdırın, Sonra, xırda, qabda, sirkəni, salat, çıxardın, Bütün, tərəvəzləri, mayonezi, qabıdan, qatığı, üzərinə, tərəvəzlərin, gəzdirib, qarışdırıb, servis, sousu, alınsın
BİZİ İZLƏYİN