• Atom salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 770

Tarix : 24-03-2016, 16:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 10-12


Tərkibi:
1 kq kartof
0,5 armudu st. zeytun yağı
0,5 limonun şirəsi
0,5 dəstə şüyüd
duz

İç:
5 ədəd orta boy yerkökü
2 x.q. bitki yağı
1 su st. qatıq
3 diş sarımsaq
1 x.q. mayonez
duz

Hazırlanması:
Kartofu suda bişirib əzin. İçinə zeytun yağı, limon şirəsi, xırda doğranmış şüyüd, duz əlavə edib qarışdırın.

Qoz boyda parçalar qoparıb yumrulayın, sonra baş barmağınızı ortasına qoyun, kənarlarını girdələşdirin (içli köftə kimi), içi boş çanaqlar hazırlayın.

İç: Yerkökünü sürtgəcdən keçirib bitki yağında qovurun. Azca soyudub ilıq olanda qatıq, döyülmüş sarımsaq, mayonez və duz əlavə edib qarışdırın.

İçi kartof çanaqlarının içinə yerləşdirin. Buluda düzüb 1 saat dondurucuda saxlayın.

Nuş olsun!
Etiketlər: sarımsaq, qatıq, mayonez, qarışdırın, əlavə, şüyüd, bitki, kartof, şirəsi, zeytun, qovurun, köftə, Yerkökünü, yağında, keçirib, çanaqlar, hazırlayın, sürtgəcdən, soyudub, yerləşdirin
BİZİ İZLƏYİN