• Yeni il fişəngi salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 83 793

Tarix : 30-12-2016, 18:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 kartof
1 toyuğun döş əti
8 yumurta
0,5 st. qoz
2 soğan
1 xiyar
1 yerkökü
1 çuğundur
göyərti
nar
mayonez
sirkə
duz

Hazırlanması:
Duzlu suda toyuq ətini bişirin, sonra xırda doğrayın.

Soğanı təmizləyib xırda doğrayın, sirkədə 20 dəqiqə saxlayın.

Qozu blenderdə xırdalayın.

Kartofu, çuğunduru, yumurtaları bişirib soyudun. Yumurtanın üçünü ayırın, həmçinin bunların ağını da sarısından ayırın. Digər ərzaqları sürtgəcin iri gözündən ayrı-ayrılıqda keçirin (çuğunduru isə xırda gözdən keçirin).

Bir sini götürüb üzərinə qida plyonkası çəkin. Üzərinə kartofu döşəyin. Azca duz vurub mayonez çəkin.
Yeni il fişəngi salatı resepti - FOTO RESEPT


İkinci lay - toyuq ətidir. Onu da hamar şəkildə döşəyin. Üzərinə mayonez çəkin.
Yeni il fişəngi salatı resepti - FOTO RESEPT


Üstünə sirkədə marinə etdiyiniz soğanı suyunu süzüb döşəyin.
Yeni il fişəngi salatı resepti - FOTO RESEPT

Yeni il fişəngi salatı resepti - FOTO RESEPT


Sürtgəcdən keçirilmiş yumurtanı döşəyin. Üzərinə mayonez çəkin.

Qoz səpib mayonez çəkin.
Yeni il fişəngi salatı resepti - FOTO RESEPT


Nar dənələrini səpin.
Yeni il fişəngi salatı resepti - FOTO RESEPT


Rulet kimi büküb soyuducuda 1,5 saat saxlayın.
Yeni il fişəngi salatı resepti - FOTO RESEPT


Bərkiyəndən sonra üzərindəki qida plyonkasını çıxarın.

Ruletin hər tərəfinə mayonez çəkin.

Ayırdığınız 3 yumurta ağı və sarısını ayrılıqda sürtgəcdən keçirin.

Ruletin yanlarına sürtgəcdən keçirilmiş yumurta ağını çəkin.
Yeni il fişəngi salatı resepti - FOTO RESEPT


Üzərinə isə diaqonal üzrə sürtgəcdən keçirilmiş çuğundur, xırdalanmış göyərti, xırdalanmış təzə xiyar, yenidən çuğundur və s. olmaqla növbələyərək döşəyib bəzəyin.
Yeni il fişəngi salatı resepti - FOTO RESEPT

Yeni il fişəngi salatı resepti - FOTO RESEPT

Yeni il fişəngi salatı resepti - FOTO RESEPT


Ruletin olduğu sininin içərisində isə partlamış fişəngin imitasiyasını yaradın: bişmiş yerkökü və çuğundurdan ulduzlar, dairələr kəsin, sürtgəcdən keçirilmiş yumurta sarısı ilə qarışdırın.
Yeni il fişəngi salatı resepti - FOTO RESEPT

Yeni il fişəngi salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çəkin, mayonez, döşəyin, sürtgəcdən, Üzərinə, keçirilmiş, yumurta, xırda, Ruletin, keçirin, çuğundur, sirkədə, ayrılıqda, çuğunduru, saxlayın, xiyar, yerkökü, ağını, doğrayın, toyuq
BİZİ İZLƏYİN