Tərkibi:1 stəkan konservləşdirilmiş qarğıdalı
5-6 ədəd xiyar turşusu
1 kasa didilmiş toyuq filesi
Mayonez
Smetan
Makaron
2 diş sarımsaq
Duz.
Hazırlanması:Makaronu bişirib, azacıq yağ tökün və qırağa qoyun. Çalışın ki, makaronu çox bişirməyəsiniz. Xiyar turşusu və sarımsaqları xırda-xırda doğrayın, digər ərzaqları da əlavə edərək smetan və mayonezi əlavə edin. Duz əlavə edib, hamısını qarışdırın.
Nuş olsun!
Etiketlər: əlavə, xırda, turşusu, makaronu, Çalışın, sarımsaqları, Xiyar, doğrayın, bişirməyəsiniz, ərzaqları, hamısını, qarışdırın, mayonezi, smetan, qoyun, edərək, digər, qırağa, toyuq, filesi