• Qatıqlı kartof salatı resepti

Reseptin məlumatları Baxış sayı: 3 936

Tarix : 25-06-2017, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
• 3-4 ədəd orta boy kartof
• Cəfəri
• Şüyüd
• 3 ədəd orta boy xiyar
• 5-6 yemək qaşığı qatıq
• 3 yemək qaşığı mayonez
• Duz.

Hazırlanması:
Kartofların qabıqlarını soyub, yuyun. Dərin bir qazana qoyub, üzərinə su əlavə edərək, qaynadın. Kartofları qaynatdıqdan sonra soyumağa qoyun. Daha sonra salatı hazırlayacağınız qaba qaynadılmış kartofları və xiyarları kub şəklində doğrayın. Üzərinə incə-incə doğranmış cəfərini və şüyüdü əlavə edin. Son olaraq duzu, qatığı və mayonezi əlavə edib, yaxşıca qarışdırın. Hazırladığınız kartof salatını soyuducuya qoyub, 1 saata qədər saxlayın. Daha sonra dada bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, qoyub, qaşığı, yemək, kartof, şüyüdü, olaraq, cəfərini, doğrayın, xiyarları, şəklində, Üzərinə, doğranmış, mayonezi, saata, qədər, saxlayın, bilərsiniz, soyuducuya
BİZİ İZLƏYİN