• Sirkəli çuğundur salatı resepti

Reseptin məlumatları Baxış sayı: 4 404

Tarix : 29-06-2017, 21:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3-4 ədəd qırmızı çuğundur,
1,5 su stəkanı alma sirkəsi,
3-4 diş sarımsaq,
1 ədəd limon,
Zeytun yağı.

Hazırlanması:
Çuğundurların hamısını soyun və ikiyə bölərək qaynadın. Qaynatma suyuna sirkənin 1 stəkanını da qoyun. Qaynadılan çuğundurları kub, ya da daha böyük dilimlər halında doğrayın.

Doğradıktan sonra üzərinə qalan yarım stəkan sirkəni gəzdirin. Sarımsaqları döyün, üzərinə əlavə edin və bir az da duz səpin. 2 saat ərzində bu şəkildə gözlədin.

2 saatın sonunda çuğundurları servis qabına çəkin və üzərinə zeytun yağı ilə limon gəzdirərək yeyin.

Nuş olsun!
Etiketlər: üzərinə, çuğundurları, limon, Sarımsaqları, döyün, əlavə, gəzdirin, sirkəni, stəkan, səpin, qalan, yarım, şəkildə, çəkin, zeytun, gəzdirərək, yeyin, qabına, servis, sonra
BİZİ İZLƏYİN