• Ürək salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 850

Tarix : 23-08-2014, 00:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kartof
500 q toyuq ürəyi
1 yerkökü
1 şirin bibər
mayonez
göyərti
nar - bəzək üçün

Omlet:
4 yumurta
1 x.q. un
duz
bıçağın ucunda soda

Hazırlanması:
Ürək salatı resepti - FOTO RESEPT


Bu salat "tərsinə" hazırlanır.

Toyuq ürəyini təmizləyib, yuyub 10 dəqiqə qaynadın.
Ürək salatı resepti - FOTO RESEPT


Omlet üçün ərzaqları qarışdırıb 2 blinçik bişirin.
Ürək salatı resepti - FOTO RESEPT


Kartof və yerkökünü bişirib soyudun. Kartofu sürtgəcin iri gözündən keçirin, mayonez və doğranmış göyərti ilə qarışdırın.
Ürək salatı resepti - FOTO RESEPT


Omletin üstünə mayonez çəkib doğranmış göyərti səpin. Rulet kimi bükün, 7-8 mm enində doğrayın.
Ürək salatı resepti - FOTO RESEPT


Dərin salat qabının içinə qida plyonkası döşəyin. Rulet dilimlərini yaxın-yaxın dibdən qıraqlara doğru düzün.
Ürək salatı resepti - FOTO RESEPT


Kartof qarışığının 2/3 hissəsini bunun üstünə çəkin.
Ürək salatı resepti - FOTO RESEPT


Ürəkləri dilimləyin. Yerkökünü sürtgəcdən keçirin. Bibəri xırda doğrayın. Bunların hamısını mayonezlə qarışdırın. Salat qabının içinə doldurun, hamarlayın.
Ürək salatı resepti - FOTO RESEPT


Kartoflu qarışığın qalanını bunun üstünə çəkib hamarlayın. Salatı soyuducuda 2 saat saxlayın ki, bərkiyib özünü tutsun.
Ürək salatı resepti - FOTO RESEPT


Sonra qabın ağzına bulud tutub tərs çevirin. Salat qabını və qida plyonkasını götürün.

Nar dənələri ilə bəzəyib süfrəyə verin.
Ürək salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üstünə, göyərti, mayonez, hamarlayın, çəkib, qarışdırın, doğranmış, keçirin, Rulet, Salat, yaxın, içinə, doğrayın, Kartof, bunun, qabının, Omlet, salat, toyuq, mayonezlə
BİZİ İZLƏYİN