• Alma salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 742

Tarix : 11-07-2017, 21:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Sevinc


Tərkibi:
●1ədəd alma
●1ədəd kartov
●2 ədəd yumurta
●1ədəd təzə xiyar
●2ədəd yerkökü
●zeytun
●mayonez
●göyərti (keşniş,şuyut)
●duzlu çöp ( krax işləymişəm mən)
●duz,istiot zövqə görə

Hazırlanması:
Əvvəlcə kattov,yumurta və yerkökünü qoyuruq qaynamağa.Bu arada göyərtini xırda-xırda doğrayırıq.Zeytunu da dənəsindən ayırıb doğrayib içinə qata bilərsiz,mən üzərinə qoyub bir dizayn verdim.Qaynayib,soyuyub,soyulmuş ləvazimatlatı və almanı sürtkəcdən keçiririk.Bunun üçün qıraqları altından ayrılan bir qab lazımdır, və yaxud sadəcə qıraqları olan.Çünki sonra qıraqlarını çıxaranda görüntü gözəl olsun.Bütun ləvazimatları sürtkəcdən keçirəndən sonra üzərinə duzlu çöpləri düzürük.2 qatdan bir duz istiot və mayonez vururuq.Üzərinə isə istədiyiniz kimi forma verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, qıraqları, istiot, xırda, sonra, sürtkəcdən, yumurta, qıraqlarını, sadəcə, Çünki, yaxud, altından, keçiririk, almanı, Bunun, çıxaranda, ayrılan, lazımdır, gözəl
BİZİ İZLƏYİN