• Dadlı, ləzzətli gavalı salatı resepti

Reseptin məlumatları Baxış sayı: 5 393

Tarix : 1-07-2017, 22:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
kartof,
yumurta,
kök,
gavalı,
qoz,
toyuq əti,
holland pendiri,
xama, mayonez,
duz, istiot

Hazırlanması:
Gavalını əvvəldən suya qoyub, yumuşaldırıq. Kağız salfetlə durudub, xırda və nazik formada doğrayırıq. Kartof, kök, yumurta və toyuq ətini suda bişiririk. Toyuq ətini əlimlə didirik. Tərəvəzləri sıra ilə sürtgəcdən keçirib, duz, istiot səpirik və üzərinə mayonez-xama çəkərək qat-qat yerləşdiririk. Zövqə görə xırda doğranmış qoz da vura bilərsiniz. Son olaraq holland pendirini sürtgəcdən keçirib, salatımızın üzərinə əlavə edirik. 3-4 saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, bilərsiniz, ətini, sürtgəcdən, xırda, mayonez, istiot, keçirib, toyuq, yumurta, holland, doğranmış, Zövqə, yerləşdiririk, çəkərək, səpirik, salatımızın, saxladıqdan, sonra, süfrəyə
BİZİ İZLƏYİN