• Dadlı-ləzzətli manqal salatı resepti

Reseptin məlumatları Baxış sayı: 46 110

Tarix : 16-07-2017, 22:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
8 ədəd badımcan,
5 ədəd pomidor,
3 ədəd şirin bibər,
1 ədəd acı bibər,
5 diş sarımsaq,
1 baş soğan,
yarım dəstə cəfəri (və ya reyhan),
duz, istiot,
zeytun yağı

Hazırlanması:
Badımcan, pomidor və bibərləri sobada bişiririk. Bişdikdən sonra qabıqlarını soyub, doğrayırıq. Üzərinə zövqə görə istənilən ölçüdə doğranmış sarımsaq, soğan, acı bibər və göyərtiləri əlavə edirik. Son olaraq zeytun yağı, duz və istiot töküb, qarışdırırıq. Soyuducuda 3-4 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bibər, istiot, zeytun, soğan, sonra, pomidor, sarımsaq, göyərtiləri, əlavə, ölçüdə, istənilən, edirik, doğranmış, töküb, süfrəyə, bilərsiniz, saxladıqdan, Soyuducuda, zövqə, qarışdırırıq
BİZİ İZLƏYİN