Tərkibi:200 q toyuq filesi
350 q bolqar bibəri
250 q yerkökü
300 q xiyar
300 q turp (yaşıl və ya qara)
Sous:5 x.q. soya sousu
5 x.q. su
3 diş sarımsaq
Hazırlanması:Toyuq filesini bişirin (qaynara düşəndən sonra 20 dəqiqə qaynadın). Soyudun.
Xırda doğrayın.
Xiyarı sürtgəcin orta gözündən keçirin.
Bibərin toxumunu təmizləyin, kubik doğrayın.
Yerkökünü sürtgəcin orta gözündən keçirin.
Turpu sürtgəcin orta gözündən keçirin.
Sarımsağı xırda doğrayın.
Soya sousu, su və sarımsağı qarışdırın.
İri buludun ortasına əti qoyun, kənarlarına isə tərəvəzi düzün, üstünə sous gəzdirin. Xüsusi, bölmələrə ayrılan qabdan da istifadə etmək olar. İnqredientləri yeməyə başlarkən qarışdırmaq lazımdır.
Nuş olsun!
Etiketlər: sürtgəcin, doğrayın, keçirin, gözündən, sousu, Sarımsağı, qoyun, kənarlarına, tərəvəzi, ortasına, xırda, buludun, sarımsağı, düzün, qarışdırın, gəzdirin, yeməyə, İnqredientləri, başlarkən, qarışdırmaq