• Vanilli dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 11 479

Tarix : 9-04-2018, 18:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
4 yumurta sarısı
100 qr. qəhvəyi şəkər tozu (adi şəkər tozuda ola bilər)
300 ml. yağlı süd
300 ml. qaymaq (30%)
1 vanil çubuğu (olmasa adi vanil tozu və ya ekstraktı istifadə edin)

Hazırlanması:
1.Südü və qaymağı dərin qazanın içinə tökün, vanil əlavə edin və qazın üstünə qoyun. Qaynayan zaman qazanın altını keçirin və qarışımı soyudun.
2.Yumurta sarılarını şəkər tozu ilə mikserlə ağaranədək çalırıq.
3.Südlü qarışımın içinə yumurta qarışımı əlavə edin yavaş-yavaş əl çırpanı ilə qarışdırın. Tam qarışana qədər.
4.Su vannası edin, böyük qazana su doldurun və içinə dondurma etdiyiniz qarışım olan qazan yerləşdirin. Qarışım biraz bərkiyənədək hər zaman qarışdıraraq bişirin 10-20 dəqiqə.
5.Soyudun.
6.Qaba yığıb buzluğa qoyun.
7.Bir saat sonra çıxardıb blendordan keçirin və təzən qaba yığıb soyuducuya qoyun. Bunu 2-3 dəfə təkrarkayın.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: qoyun, şəkər, vanil, içinə, zaman, qarışımı, yavaş, yumurta, qazanın, keçirin, əlavə, yığıb, dondurma, doldurun, etdiyiniz, təzən, qarışım, soyuducuya, qazana, qədər
BİZİ İZLƏYİN