• Şokoladlı dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 21 501

Tarix : 1-06-2014, 11:57

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2


Tərkibi:
50 qr pudra şəkəri
300 ml krem
2 xörək qaşığı süd
125 qr şokolad
½ çay qaşığı vanil
2 xörək qaşığı əlavə krem

Hazırlanması:
Süd və kremi bir qabda çırpın. Çırpdıqdan bir neçə dəqiqə sonra pudra şəkəri və vanili əlavə edərək krem halı alana qədər çırpın. Bu qarışığı ağızı qapaqlı bir qaba tökərək soyuducunda 30 dəqiqə gözlədin.
Şokoladları kiçik-kiçik doğrayın.
Doğradığınız şokoladları şüşə bir kasanın içinə əlavə edib üzərinə 2 xörək qaşığı kremi əlavə edin. Bu kasanı isti su dolu bir qazanın içinə qoyaraq şokoladı əridin.
Əridikdən sonra hərdənbir qarışdıraraq soyudun. Soyuducuya qoyduğunuz qarışığı çıxarın və ayrı bir qaba köçürün. Üzərinə şokoladlı qarışığı əlavə edərək taxta bir qaşıqla qarışdırın. Hazırladığınız bu qarışığı soyuducunda dondurun. Dondurduqdan sonra qaşıqla yumrulayaraq sevdiyiniz meyvələrlə servis edin.

Nuş olsun!

Etiketlər: əlavə, qaşığı, qarışığı, xörək, sonra, dəqiqə, edərək, qaşıqla, soyuducunda, kiçik, içinə, çırpın, şəkəri, kremi, pudra, köçürün, Əridikdən, hərdənbir, qoyduğunuz, soyudun
BİZİ İZLƏYİN