• Klassik qaymaqlı dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 24 144

Tarix : 18-10-2014, 23:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurtanın sarısı
150 q şəkər tozu
200 ml qaymaq
0,5 l süd

Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın (ağı lazımınız olmayacaq). Yumurta sarısını şəkər tozu ilə ağarıncayadək çalın, süd əlavə edib yaxşıca qarışdırın. Qaymağı ayrıca qatı köpük alınanadək çalıb yumurta sarısı ilə olan kütləylə qarışdırın.
Əgər kənd toyuqlarının yumurtasından istifadə etmisinizsə, dondurmaya vanil vurun.
Amma bu, hələ işin hamısı deyil. Hazır kütləni poladdan olan qaba tökün. Dondurucuya qoyun. Hər 40 dəqiqə-1 saatdan bir çıxarıb mikserlə çalın. Bu proseduru azı 3 dəfə təkrar etmək lazımdır. Belə dondurmanın hazırlanmasına təxminən 3-4 saat vaxtınız gedəcək.

Nuş olsun!
Etiketlər: qarışdırın, şəkər, sarısı, çalın, tökün, Dondurucuya, dəqiqə, poladdan, qoyun, Hazır, vurun, vanil, hamısı, deyil, saatdan, kütləni, çıxarıb, təxminən, hazırlanmasına, vaxtınız
BİZİ İZLƏYİN