• Semifredo dondurması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 966

Tarix : 19-10-2014, 11:00

Bölmə : Dondurmalar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 ml bal
8 yumurtanın sarısı
600 ml qaymaq (35%-li)
100 q şəkər pudrası (çox şirin xoşlamırsınızsa, azalda bilərsiniz)
1 paket vanil

Karamelizə edilmiş qoz-fındıq üçün:
1 st. badam, yaxud qoz, fındıq
100 q qəhvəyi şəkər
2-3 x.q. su

Hazırlanması:
Balı qazana qoyub su hamamında əridin.
Yumurta sarılarını şəkər pudrası ilə su hamamında mikserlə çalın. Bu zaman altdakı qazandakı su qaynamalı, amma içində yumurta sarısı olan qazana bu su dəyməməlidir (ancaq buxarı). Uzun müddət çalmaq lazım gələcək, ən azı, 10 dəqiqə.
Semifredo dondurması resepti - FOTO RESEPT

Semifredo dondurması resepti - FOTO RESEPT

Semifredo dondurması resepti - FOTO RESEPT


Mikseri söndürmədən yumşalmış balı da buraya əlavə edin. Bir müddət də çalın, kütlə bir neçə dəfə həcmcə böyüyəcək.

35% yağlılıqlı qaymağı vanillə qatı köpük alınanadək çalın. Sonra bunu ballı-yumurta sarılı kütləyə taxta qaşıq vasitəsilə əlavə edin.
Dondurmanı plastik formalara doldurub dondurucuya qoyun. Təxminən 10-12 saat saxlayın.
Semifredo dondurması resepti - FOTO RESEPT

Semifredo dondurması resepti - FOTO RESEPT

Semifredo dondurması resepti - FOTO RESEPT


Qoz-fındığı karamelizə etmək üçün: qəhvəyi şəkəri tavaya töküb ocağın üstünə qoyun, badamı, yaxud qozla fındığı əlavə edin. 3 x.q. su tökməyi də unutmayın. Qarışdırın. Qatılaşanda götürün.
Semifredo dondurması resepti - FOTO RESEPT


Süfrəyə verərkən dondurmanın üstünü karamelizə edilmiş qoz-fındıqla bəzəyin.
Semifredo dondurması resepti - FOTO RESEPT

Semifredo dondurması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çalın, şəkər, əlavə, qazana, qəhvəyi, yumurta, fındıq, hamamında, qoyun, karamelizə, fındığı, müddət, edilmiş, yaxud, sarısı, pudrası, Sonra, dondurucuya, Təxminən, saxlayın
BİZİ İZLƏYİN