• Krem-brüle dondurması resepti

Reseptin məlumatları Baxış sayı: 16 017

Tarix : 25-06-2015, 20:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
150 q şəkər tozu
150 ml süd
200 q 10%-li qaymaq
45 q quru süd
12 q qarğıdalı nişastası
400 q 15-20%-li xama

Hazırlanması:
Şəkər tozunu əridin, kəhrəba rəngi alanda südü əlavə edib karamel əriyənədək qarışdırın.
Nişasta ilə quru südü, sonra qaymağı qarışdırın, bu qarışığı ocağın üstündəki karamelli südü qarışdıra-qarışdıra əlavə edin. Vam odda qatılaşanadək bişirin.
Karamelli qarışığı soyudun. Xama qatıb qarışdırın. Dondurucuya qoyun. Hər yarım saatdan bir çıxarıb əl blenderi ilə çalın ki, əmələ gələn buz kristalları əzilsin.
Kütlə kifayət qədər qatılaşıb blenderlə çalmaq çətinləşəndə sonuncu dəfə yaxşıca qarışdırın, dondurucuda 2 saat saxlayın.

Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, qarışığı, qarışdıra, gələn, kristalları, çalın, əmələ, çıxarıb, Dondurucuya, qoyun, yarım, saatdan, blenderi, Kütlə, yaxşıca, sonuncu, dondurucuda, saxlayın, olsun
BİZİ İZLƏYİN