• Dondurmalı pudinq resepti

Reseptin məlumatları Baxış sayı: 14 508

Tarix : 17-06-2016, 15:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 1-2


Tərkibi:
5 su stəkanı süd
125 qr nişasta
25 qr şəkər-1/2 su stəkanı su

Şərbət üçün:
Yarım şüşə gül suyu (bol olacaq)
1 su stəkanı şəkər
6 su stəkanı su
Nöqtə qədər çəhrayı qida boyası

Üzəri üçün:
Vanilli dondurma.

Hazırlanması:
Yarım su stəkanının içində nişastanı əridin.
2.5 su stəkanı südü qazana qoyun və içinə şəkəri əlavə edin. Üzərinə nişastalı suyu əlavə edib, orta atəşdə tündləşənə qədər qarışdırın (davamlı qarışdırıılması lazımdır).
bərkiməsinə icazə verməmək lazımdır. Əgər Ki bərkirsə blendirdən keçirin.
Bişən Pudinqi, şüşə bir qaba tökürük. ilıq olunca soyuducuda soyuduruq.
Digər tərəfdən şərbəti üçün, şəkər eriyincəyə qədər qarışdırın.
Ən son gül suyu və çəhrayı qida boyası əlavə olunur. Soyuyan pudinq küp küp kəsilir, üzərinə dondurmalar qoyulub ən üstə şərbəti əlavə edilib, servis edilir.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, şəkər, qədər, boyası, çəhrayı, lazımdır, şərbəti, qarışdırın, Yarım, soyuducuda, olunca, soyuduruq, Digər, tərəfdən, tökürük, Pudinqi, bərkirsə, blendirdən, keçirin
BİZİ İZLƏYİN