• Portağallı dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 15 656

Tarix : 20-06-2014, 02:48

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
5 ədəd portağal
1 ədəd limon
1,5 su stəkanı toz şəkər
3 su stəkanı su

Hazırlanması:
Qazana şəkər və suyu əlavə edib 5 dəqiqə qaynadın, sonra ocaqdan alın.
Limon və portağalların suyunu möhkəmcə sıxın.
Sirop soyuyunca içinə portağal və limon suyunu əlavə edib qarışdırın ardından qarışığı süzgəcdən keçirin.
Siropu dondurma badəsini boşaldın və buzluğa yerləşdirin.
Dondurmanı 2 saatda bir çıxardıb qarışdırın.
Dondurma qatılığına gəlincə buzluğun dərəcəsini ən sona yüksəldib 1 saat daha gözlədin.
Hazır olunca dondurma badələrinə qoyub portağal dilimləriylə bəzəyərək servis edin.

Nuş olsun!
Etiketlər: portağal, dondurma, əlavə, qarışdırın, stəkanı, limon, suyunu, şəkər, buzluğun, qatılığına, gəlincə, Dondurmanı, yerləşdirin, dərəcəsini, saatda, çıxardıb, Dondurma, Hazır, dilimləriylə, bəzəyərək
BİZİ İZLƏYİN