• Ev dondurması resepti

Reseptin məlumatları Baxış sayı: 15 348

Tarix : 12-09-2016, 21:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Süd – 250 ml
Qaymaq (33-35%)-250 ml
Yumurta sarısı – 4-6 ədəd
Şəkər tozu – 80-90 q
Vanil – 1 ç.q

Hazırlanması:
- Qazana süd töküb qaynadırıq
- Oddan götürüb soyuduq (bədən temperaturuna qədər)
- Yumurta sarılarına şəkər tozu və vanil əlavə edib mikser və ya çəngəl ilə yaxçıca qarışdırırıq
- Qarışdırmaya ara vermədən südü tökürük (az-az)
- Qarışığı vam odda bişiririk,taxta qaşıqla krem qatılaşana qədər qarışdırırıq (kremin hazır olmasını qaşığın arxasına barmağımızı çəkməklə bilmək olar,əgər barmağın izi qalırsa demək krem hazırdır)
- Hazır kremi azacıq soyuduruq, sonra soyuducuya qoyuruq
- Ayrıca bir qabda qaymağı mikserlə çalırıq
- Soyumuş kremə yaxşı çalınmış qaymağı əlavə edib qarışdırırıq
- Alınmış kütləni plastic qaba qoyub qapağını örtürük və 40-60 dəq-lik buzxanaya qoyuruq
- Kütlə donmağa başlayan kimi buzxanadan çıxardıb yenidən mikserlə çalırıq
- Yenidən 40-60 dəq-lik buzxanaya qoyuruq
- Sonra yenidən çıxardıb mikserlə yenidən çalırıq
- Kütləni plastik qaba qoyub qapağını örtürük və 2-3 saatlıq buzxanaya qoyuruq
- Süfrəyə verməzdən öncə buzxanadan çıxardıb, 20 dəq-lik soyuducuya qoyuruq
- Dondurmanı formalara qoyub üzərinə təzə giləmeyvə,meyvə, doğranmış qoz ləpəsi, peçenye qırıntısı və ya sürtgəcdən keçirilmiş şokolad səpmək olar.

Nuş olsun!
Etiketlər: qoyuruq, mikserlə, çalırıq, buzxanaya, qoyub, qarışdırırıq, yenidən, çıxardıb, əlavə, qapağını, buzxanadan, örtürük, qədər, qaymağı, soyuducuya, Yumurta, Kütlə, qabda, Ayrıca, donmağa
BİZİ İZLƏYİN