• Ev şəraitində asan hazırlanan dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 29 935

Tarix : 8-04-2018, 18:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
duru qaymaq(slivki)-200 ml
yumurta-5 ədəd
şəkər tozu-300 q (10 x.q)

Hazırlanması:
Əvvəlcə yumurtaların sarısını ağından ayırırıq, sonra yumurta sarısına şəkər tozunun tam yarısını əlavə edib əl mikseri ilə və ya qaşıqla qarışdırırıq. Kənarda duru qaymağı qatılaşana qədər mikserlə çalırıq, ayrıca qabda yumurtanın ağını mikserlə çalırıq qatı ağ köpük halını alana qədər.

Qatılaşmış qaymağa şəkər tozunun digər yarsını əlavə edib, üzərinə çaldığımız yumurtanın sarısnı və köpük halına gətirdiyimiz yumurtanın ağını əlavə edib yavaş surətlə qaşıqla qarışdırırıq.

Zövqə görə əgər şokoladlı istəyiriksə bu qarışıma kakao və ya meyvəli istəyiriksə istədiyimiz meyvə dilimlərini əlavə edə bilərik. Sonra bu qarışımı ixtiyari qabda soyuducunun dondurma gözündə ən azı 2 saat saxlayıb sonra süfrəyə verə bilərik.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, yumurtanın, qarışdırırıq, qaşıqla, bilərik, köpük, ağını, qədər, çalırıq, mikserlə, tozunun, yumurta, istəyiriksə, sonra, qabda, yavaş, gətirdiyimiz, surətlə, şokoladlı
BİZİ İZLƏYİN