• Islak keks resepti

Reseptin məlumatları Baxış sayı: 92 109

Tarix : 6-08-2017, 19:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd yumurta
1.5 st. şəkər tozu
100 qr duru yağ
1 st süd
vanil
qabartma tozu
1 ç.q. kakao
2 st un

Sous üçün:
2 st süd
1 st şəkər tozu
1 ç.q. kakao

Hazırlanması:
İlk öncə xəmir üçün yumurta və şəkər tozunu mikserlə ağaranadək çalırıq. Üzərinə duru yağ, süd əlavə edib, qaşıqla qarışdırırıq. Daha sonra qarışıma vanil və qabartma tozu əlavə edirik. Kənarda kakao və unu da qarışdırıb, üzərinə əlavə edirik. Hazır olan qarışımı yağlanmış listə töküb, 180 dərəcəli sobada bişiririk.
Digər tərəfdə süd, şəkər tozu və kakaonu qarışdırıb, vam odda 15 dəq. bişiririk. Sous soyuduqdan sonra keksin üzərinə qaşıqla tökürük. Keks şirəni özünə çəkdikdən sonra zövqə görə bəzəyib, süfrəyə verə bilərik.

Nuş olsun!
Etiketlər: şəkər, sonra, əlavə, kakao, bişiririk, edirik, qarışdırıb, üzərinə, yumurta, qaşıqla, qabartma, vanil, soyuduqdan, bilərik, tərəfdə, Digər, süfrəyə, kakaonu, keksin, sobada
BİZİ İZLƏYİN