• Almalı, köklü rulet resepti

Reseptin məlumatları Baxış sayı: 4 739

Tarix : 8-08-2017, 19:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd yumurta,
1 su st. şəkər tozu,
1 st. süd,
2 su st. un (təxmini),
1 paket qabartma tozu,
1 paket vanil

İçlik üçün:
5 ədəd alma,
2-3 ədəd kök,
1 su st. şəkər tozu,
1 su st. iri doğranmış qoz ləpəsi,
1 dessert qaşığı darçın

Üzəri üçün:
şəkər pudrası

Hazırlanması:
Əvvəlcə alma və kökün qabığını təmizləyib, sürtgəcdən keçiririk. Üzərinə şəkər tozu əlavə edib, qazda bişməyə qoyuruq. Suyu çəkilməyə başlayanda, darçın və qoz ləpəsini tökürük və su tam çəkilənə kimi bişiririk. Yağlı kağız sərilmiş soba qabına töküb, hər tərəfə bərabər olmaq şərtiylə yayırıq.

Keks üçün yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Ardıcıl olaraq xəmir üçün qeyd olunmuş digər ərzaqları da əlavə edib, qatı məhlul alınana kimi mikserlə çalmağa davam edirik. Hazırladığımız xəmiri almalı içliyin üzərinə tökərək onu da bərabər şəkildə yayırıq. Əvvəlcədən qızdırılmış 180 dərərcə istilikli sobada üzəri yüngül qızarana kimi bişiririk.

Bişdikdən sonra üzərinə yağlı kağız sərib, qabı tərzinə çeviririk. Almalı içliyin üzərindəki yağlı kağızı yavaş-yavaş çıxardırıq və altdakı kağızın köməyilə də rulet kimi bükürük. Nəm dəsmala büküb, soyuyana kimi gözləyirik. Soyuduqdan sonra dəsmaldan açıb, üzərinə şəkər pudrası səpərək süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, darçın, bişiririk, əlavə, pudrası, bərabər, mikserlə, yavaş, yumurta, sonra, paket, yağlı, kağız, içliyin, yayırıq, qızarana, yüngül, üzəri, sobada
BİZİ İZLƏYİN