Tərkibi:Xəmir üçün:
4 yumurta
1 st. qatıq
1 st. günəbaxan yağı
2 st. un
1 st. mannıy yarması
1 st. şəkər tozu
1 paket qabartma tozu
Şərbət üçün:
5 st. su
4 st. şəkər tozu
1/2 limonun şirəsi
Hazırlanması:Yumurtaları şəkər tozu ilə mikserlə çalırıq. Qatıq, mannıy yarması, günəbaxan yağı, un əlavı edib çalırıq. Ən sonda qabartma tozu əlavə edirik. Dördkünc soba qabını (20x30) kərə yağı ilə yağlayırıq. Xəmiri içinə töküb 170 dərəcədə, üstü qızaranədək bişiririk. Bu vaxtı şərbəti hazır edək. Suyla səkər tozunu bişiririk, sonra limon suyunu əlavə edib soyuduruq. Bişmiş revanini istədiyiniz formada kəsin və şərbəti üstünə tökün. Bir müddət qalmalıdır ki, yaxşı özünü tutsun. Soyuq formada servis edin.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: şəkər, əlavə, qabartma, formada, çalırıq, yarması, bişiririk, günəbaxan, mannıy, şərbəti, suyunu, Bişmiş, soyuduruq, səkər, Suyla, hazır, revanini, tozunu, sonra, limon