• Brauni keksi resepti

Reseptin məlumatları Baxış sayı: 4 768

Tarix : 18-02-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
kərə yağı – 200 qr
Qara şokolad – 90 qr
Kakao – 0.5 stəkan ( 60 qr)
Şəkər – 270 qr
Un – 185 qr (1.5 stəkan)
Duz – 1 çimdik
Yumurta – 3 əd.

Hazırlanması:
1 qabın içərisinə yağ və şokoladı yerləşdirib aşağı odda əridin. Alınmış qarışıma şəkəri əlavə edib, kənara çəkin. Kakaonu qatıb qarışdırın. Daha sonra tez-tez qarışdıraraq yumurtaları bir-bir əlavə edin (istinin təsirindən ağın bişməməsi üçün). Daha sonra duzu əlavə edin. Unu əlavə edib bütün inqrediyentlər qarışanadək xəmiri qaşıqla qarışdırın. Çalışın ki, bu çox vaxt aparmasın, əks halda brauni bərk alına bilər. Hazır xəmiri 20 sm-lik qaba yerləşdirib 180 dərəcədə 30 dəqiqə bişirin. Tam soyuduqdan sonra kəsib ləzzətlə dadına baxa bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, xəmiri, yerləşdirib, qarışdırın, stəkan, aparmasın, halda, bütün, Çalışın, brauni, inqrediyentlər, qaşıqla, qarışanadək, bilər, kəsib, ləzzətlə, dadına, bilərsiniz, soyuduqdan
BİZİ İZLƏYİN