• Qırmızı qarağatlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 3 005

Tarix : 12-05-2018, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
60 qr kərə yağı
240 qr un
1 st şəkər
170 ml süd
1 paket qabartma tozu
2 yumurta
200-300 qr qırmızı qarağat
1 cimdik duz

Hazırlanması:
Qarağatı öncədən yuyun və bez üstünə sərib tamamilə qurumasını gözləyin☝
Qarağat nəmli olsa, keksin dibinə çökəcək ☝
1. Yağı əridin və ilıdın.
2. Yumurtaları şəkərlə çalın. Süd və yağı əlavə edin, qarışdırın.
3. Un, qabartma tozu, duzu ələyin və ehtiyatla qarışdırın.

Qarağatın üstünə 1-2 cimdik un səpin ( duz yox ha, un ☝) və biraz bezin uclarından o yan bu yan silkələyin ki, qarağat tam unlansın.Bunu ona görə edirik ki, gilələr keksin dibinə çökməsin bişən zaman. Unlanmış gilələro əlavə edin xəmirə, qarışdırın.
Unutmayın ki keks xəmirini çox qarışdırmaq olmaz☝
Yağlanmış unlanmış qaba tökün və əvvəldən 180t isidilmiş sobada 1 saat bişirin.
Mənim qabımın ölçüsü 21x9 sm.

P.S. sobadan sobaya fərq var, temperaturu düzgün tənzimləyin.Siz öz sobanızın xüsusiyətini öyrənməlisiz,bilməlisiz

Nuş olsun!
Etiketlər: qarışdırın, üstünə, keksin, əlavə, cimdik, dibinə, qabartma, qarağat, Yağlanmış, olmaz☝, bilməlisiz☝, unlanmış, tökün, qarışdırmaq, xəmirini, zaman, bişən, Unlanmış, gilələro, Unutmayın
BİZİ İZLƏYİN