• Limonlu, zəncəfilli marmelad resepti

Reseptin məlumatları Baxış sayı: 2 313

Tarix : 6-09-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 ədəd limon
5-6 santimetr ölçüdə zəncəfil kökü
1 kilo şəkər tozu

Hazırlanması:
Əvvəlcə limonları yuyun və qabığını soyun. Sonra limonu dörd yerə bölüb zədələmədən çay qaşığı ilə çıxarın. Çıxardığınız meyvə qisminin çəyirdəyini ayıraraq mətbəx robotuna qoyun. Limon qabıqlarını kub şəklində doğrayın. Doğranmış limon qabıqlarını bir az su ilə qaynadın və süzün. Süzdükdən sonra dərhal soyuq suyun içinə qoyun. Zəncəfilin də qabığını soyub rəndələyin. Limon qabıqlarını da mətbəx robotundakı limon içinə əlavə edib marmelad vəziyyətinə gələnə qədər çəkin. Sonra hazırladığınız limonu bir ləyənə tökün və şəkər tozunu əlavə edərək qaynadın. Qaynamağa başladıqdan sonra rəndələdiyiniz zəncəfili də töküb vam odda qaynatmağa davam edin. Təxminən 30 dəqiqə qaynadıqdan sonra marmelad halını aldıqda ocaqdan götürərək, otaq temperaturunda soyudun.

Balona yığaraq soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: qabıqlarını, sonra, limon, limonu, Limon, qaynadın, mətbəx, qoyun, qabığını, marmelad, Sonra, şəkər, içinə, əlavə, başladıqdan, rəndələdiyiniz, vəziyyətinə, Qaynamağa, gələnə, qədər
BİZİ İZLƏYİN